31 İyul 2016 20:52
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron çimərliyində batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib.

"Teleqraf.com" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub.

Hər iki hadisə Bakının Xəzər rayonu ərazisində 18:15 və 18:55 radələrində qeydə alınıb. Batmaq təhlükəsi ilə üzləşmiş şəxslər dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.


Müəllif: