9 İyul 2014 12:53
769

Goranboy rayonunun Səfikürd kəndində qabristanlıqda başdaşıları qırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə verilən məlumata görə, bu barədə kənd sakini Azər Ələkbərov polisə şikayət edib.

Azər Ələkbərov şikayətində bildirib ki, gecə kəndin ərazisində yerləşən qabristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın da baş daşı naməlum şəxs tərəfindən qırılıb.

Şikayət əsasında araşdırma başlanıb. Araşdırmalar zamanı Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirləri dağıdan Ramin Həmidov saxlanılıb.

Hazırda onun nə səbəbdən belə iş tutmasının səbəbləri araşdırılır.

/ans press/


Müəllif: