9 İyul 2014 14:06
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtodayanacaq gözətçisini qətlə yetirərək yandıran Vidadi Umudovun məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, bu ilin yanvarın 24-də Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Mikayıl Əsədovun Bakı şəhər sakini Vidadi Umudov tərəfindən qətlə yetirilməsi müəyyən edilib və o, tutulub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Vidadi Umudov deyib ki, hadisədən əvvəl mərhumla yeyib-içiblər. Sərxoş olduğunu deyən Vidadi Umudov mərhumla mübahisəsi yaranıb. O, cinayəti törədən zaman özündə olmadığını bildirib.

Hacı Zeynalov


Müəllif: