12 İyul 2014 14:05

Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 12-nə keçən gecə Abşeron rayonu ərazisində Qobustan rayon sakini Zülümxan Mayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Göyçay rayon sakini Nurlan Cəfərovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Müəllif: