14 İyul 2014 18:23

İyulun 14-də günorta saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məxsus ümumi sahəsi 2 hektar olan 6 saylı təmir-tikinti sahəsinin ərazisində qeydə alınıb. FHN əməkdaşlarının səyləri nəticəsində yanğın söndürülməklə, onun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 250 kv.metrlik kol-kos və 2 ədəd 4 metrlik elektrik dirəyi yanıb. Faktla bağlı araşdırma aparılır.

/apa/


Müəllif: