19 Aprel 2017 12:45
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınını gülləyən Elçin Qəmbərovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.

Elçin Qəmbərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin iyununda Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü Elçin Qəmbərov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana gəlib.

O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin onunla 1977-ci il təvəllüdlü qayını Cəmaləddin Əliyev arasında mübahisə düşüb. Elçin özü ilə gətirdiyi tapançadan atəş açıb.

Elçin Qəmbərov ikinci dəfə qayınını vurmaq istəsə də, silah açılmayıb. Cəmaləddin Əliyevin həyatını xilas etmək mümkün olub.

Qəmbərov məhkəmədə deyib ki, hadisəni törədən zaman sərxoş imiş, qayınını öldürmək niyyətində deyilmiş. O, əməlindən peşman olduğunu və dərhal polisə gedərək silahını təhvil verdiyini bildirib.

Hacı Zeynalov


Müəllif: