25 Aprel 2017 16:51
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Ev sahibi Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Xələfov, Balakən rayon sakini Elmir Bayramov və Saatlı rayon sakini Nazim Bayraqdarov tutulublar.

Hacı Zeynalov


Müəllif: