29 Aprel 2017 20:44
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. “VAZ 21011” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Ceyhun Yusifov və sərnişini Elşən Yusifov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib vəziyyətlərinin normal olduğu bildirilir

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: