17 İyul 2014 13:02
508

Rusiyanin Tver vilayətinin Kalinin rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Alınan məlumata görə, dünən Zmeyeovo aeroportu yaxınlığındakı meşə massivində 22 yaşlı Anatoli və 14 yaşlı İrinanın meyidi tapılıb. Sevgili olan cütlük bir yerdə intihar edərək özlərini asıblar.

İlkin məlumata görə, yeniyetmə qız hamilə imiş. İrina və Anatoli iyulun 11-da yoxa çıxıblar. Valideynlərinin axtarışı nəticə verməyib.

Yeniyetmə qızın “Facebook” səhifəsindəki son statusu da iyulun 11-nə təsadüf edir. Mərhum öz statusunda “Həyat gözəldir” yazmışdı.

/publika.az/


Müəllif: