20 İyun 2017 11:21
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitə əldə edib saxlamaqda təqsirli bilinən Bayram Məmmədovun barəsində çıxarılan hökmdən verdiyi kasaya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qiyas İbrahimov 10 il azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Qiyas İbrahimov apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Bu qərardan Bayram Məmmədov Ali Məhkəməyə müraciət edib.

Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunub.

Bayram Məmmədov NİDA Vətəndaş Hərəkatının üzvü olub.


Müəllif: Hacı Zeynalov