24 İyun 2017 20:13
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qadın vəkil T.Y səhər işə gedərkən naməlum şəxsin təcavüzünə məruz qalıb.

Teleqraf.com "Hurriyet"ə istinadən xəbər verir ki, qadın vəkil dayanacaqda avtobuz gözləyərkən gənc oğlan onun arxasına əli ilə toxunub.

Vəkil etirazına cavab olaraq gənc "şahidin var, nə edəcəksən" deyə bildirib. Baş verənlərlə bağlı vəkil polisə şikayət edib.

Məlum olub ki, qadına qarşı əxlaqsız hərəkət edən şəxs mühafizə xidmətində işləyir. O, gecə növbəsindən çıxıb evə gələrkən yolda gözəl xanımla qarşılaşıb və hislərinə hakim ola bilməyərək qeyri-etik hərəkətlərə yol verib.

Məhkəmə gəncin 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına layiq görüb.


Müəllif: Ruslan