25 İyun 2017 23:50
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Əlisahib Bədəlovun tutulub.

Onun rayon ərazisində 2 avtomobildən, 1 evdən və 1 aptekdən pul və qızıl əşyalar oğurlaması müəyyən edilib.


Müəllif: Teleqraf.com