22 Avqust 2017 15:46
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda bir qrup şəxs arasında kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

Elşən Səfərov bıçaqla Seyfi Hacıyevə, Arif Hacıyevə və Anar Mustafayevə xəsarət yetirib.

Hadisə zamanı Nemət Salmanov da xəsarət alıb.

İsmayıllı polisi Elşən Səfərovu tutub.


Müəllif: Hacı Zeynalov