22 Avqust 2017 17:07
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda silah və narkotik vasitələrin aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, rayonunun Pirbulaq kəndi ərazisində 18 ədəd “F-1” qumbarası, 6 ədəd müxtəlif tipli raket, 10 ədəd trotil şaşka, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərriki, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.

Narkotiklərlə bağlı əməliyyat isə Gədəbəy rayonunun Qoşabulaq kəndi ərazisində keçirilib.

Polis əməkdaşları tərəfindən Qoşabulaq kəndi ərazisində yabanı halda bitmiş 180 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Müəllif: Hacı Zeynalov