11 Oktyabr 2017 10:37
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sübhan Allahverdiyev 3 il azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. 2002-ci il təvəllüdlü Sübhan Atakişiyev tanışı Yusif Mehdiyevi çayxanda əvvəl döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov