20 Oktyabr 2017 14:24
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sədərək” ticarət mərkəzində oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, 1974-cü il təvəllüdlü Adil Müzəffərov həbs edilib.

Məlum olub ki, o, Ramiz Həsənova məxsus mağazadan ümumilikdə 30 min manat dəyərində qab-qacaq oğurlayıb.

Adil Müzəffərov ilk dəfə həmin mağazadan 2014-cü ildə oğurluq edib. İlk dəfə oğurladığı qab-qacaqları başqa yerdə satan Adil Müzəffərov yenidən həmin mağazadan oğurluğa başlayıb.

Onun hissə-hissə oğurladığı əşyaların ümumi dəyəri 30 min manat olub. Zərərçəkmiş hər dəfə mağazadan oğurlanan mallarla bağlı 10-cu polis bölməsinə məlumat verib, ona dəymiş ziyan hesablanıb.

Amma polis bu müddət ərzində cinayətkarı tuta bilməyib. Cinayətkarın ələ keçmədiyini görən polis mağazanı müşahidə kameraları ilə, həmçinin mühafizə polisi tərəfindən izləməyə başlayıb.

Oktyabrın 18-də, saat 19.30-da mağazaya oğurluğa gələn Adil Müzəffərovu mühafizə polisinin əməkdaşları qarşılayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov