22 Oktyabr 2017 19:01
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü bərbər işləyən Pərviz Məmmədov iş yerinin yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun Eldar adlı şəxs tərəfindən öldürüldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevirdə 34 yaşlı Pərviz Məmmədovu işlədiyi bərbərxanada bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü Eldar Abbasov saxlanılıb.

Saxlanılan şəxs polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, P. Məmmədovun iki dəfə onun həyat yoldaşına zəng etdiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.\Report\


Müəllif: Teleqraf.com