21 Noyabr 2017 11:14
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirib, nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan rayon polis şöbəsinə Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Naqan” tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı onun Sumqayıt şəhərində doğulmuş Laçın rayon sakini Rəşad Gülcumalı olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov