6 Dekabr 18:03
218

Şirvan şəhər polis şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov saxlanılıb.

Polis şöbəsində baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunub.

Ekspertiza həmin narkovasitənin 3,30 qram və 3,62 qram olmaqla ümumi çəkisi 6,92 qram qurudulmuş marixuana olduğu barədə rəy verib.

Araşdırmalarla narkotik vasitələrin əldə olunduğu mənbə də müəyyən edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb.

Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkovasitələr aşkar edilib.

Ekspertizaya təqdim olunan həmin narkovasitələrin ümumi çəkisi 951,26 qram qurudulmuş marixuana olması barədə rəy verilib.


Müəllif: Hacı Zeynalov