21 Yanvar 2018 13:32
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda avtomobil oğurluğu edilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub.

Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.

Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov