21 Yanvar 2018 23:27
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda evləri qarət edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən Pərviz Səfərov tutulub.

Onun ötən il dekabrın 13-dən cari il yanvarın 8-dək olan müddətdə rayon ərazisindəki 7 evdən su mühərriklərini oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov