23 Yanvar 2018 10:59
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rahib Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Rahib Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. O, zamnində olan sürücünün barəsində həbs qətimkan təbbiri seçilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib, sonra təqsirləndirilən şəxs son söz deyib. O, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Bir neçə saatlıq müşavirədən sonra zala qayıdan hakimlər hökm elan edib. Rahib Vəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən o, cəzasını məntəqə tibli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə ötən il iyulun 28-də saat 20.00-da Quba rayonunun Digah kəndi ərazisində baş verib. Kənd sakini Rahib Vəliyev idarə etdiyi “KAMAZ” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib və maşın həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub.

Qəza zamanı Bahar Atluxanova hadisə yerində ölüb, Simnarə Tahirova isə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərildiyi üçün Simnarə Tahirovanın həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov