14 Fevral 01:42

Bərdə rayonunda oğurluğa cəhd göstərən şəxsdə narkotik aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Baxış zamanı onun üzərindən 7,68 qram marixuana və 0,35 qram heroin götürülüb.

Onun evinə də baxış keçirilib. Oradan 560 qram marixuana, 1,58 qram heroin aşkar edilib.


Müəllif: Hacı Zeynalov
Загрузка...