6 Avqust 2014 16:37
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda kafedə oğurluq edən qadın həbs edilib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərdən birində baş verib. Bakı şəhər sakini Elvin Niftullayevin cibindən 50 manat oğurlanıb.

23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Flora Hüseynova tutulub. Flora Hüseynova yüngül həyat tərzi keçirirmiş.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: