17 Mart 2018 16:09
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, evlərin birindən 3 xalça oğurlanması barədə Ağdaş rayon polis şöbəsinə müraciət olunub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Maşad kənd sakini Sadiq Nağıyev və 1 yeniyetmə saxlanılıb.

Məlum olub ki, Sadiq Nağıyev oğurluğu törətmək üçün rayon mərkəzində bir yeniyetmənin köməyindən istifadə edib.

Sadiq Nağıyev rayonunun mərkəzində yaşayan yeniyetmə ilə tanış olub və ona yaşadığı Maşad kəndində olan bir evdən xalçaları götürməyi tapşırıb. Bunun müqabilində ona pul verəcəyini vəd verib.

Yeniyetmə 20 manat qarşılığında onun göstərdiyi evdən həmin xalçaları götürüb və Sadiq Nağıyevə verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov