Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Layiq Axundov həyat yoldaşı, 1947-ci il təvəllüdlü Lətifə Axundovanı öldürüb. Cinayəti törədən Layiq Axundov polis idarəsinə gedərək evinə basqın olduğunu və həyat yoldaşının qətlə yetirildiyini bildirib.
Araşdırmalar zamanı Layiq Axundovun yalan danışması üzə çıxıb. Onun həyat yoldaşını bıçaqlayaraq öldürməsi məlum olub. Layiq Axundov həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov