19 Avqust 2014 13:50
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir şəhərinin ərazisində ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Orxan Aslanovun idarə etdiyi “Hyundai” və Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. S.Hüseynov, O.Aslanov və sərnişinləri Zibeydə Aslanova, Tahir Aslanov, Nərgiz Aslanova xəstəxanaya yerləşdirilib, S.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: