10 Fevral 2015 09:15

Bu ilin yanvar ayı ərzində respublikanın avtomobil yollarında 152 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 81 nəfər ölüb, 253 nəfər yaralanıb.

Teleqraf.com-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, təkcə yanvarın ilk günündə baş vermiş 6 yol qəzasında 5 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

Yanvar ayı ərzində cəmi 3 gün yollarımızda ölüm faktı qeydə alınmayıb.


Müəllif: