15 Fevral 2015 07:38
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə iki yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıtda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin mühərriki və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: