5 Mart 2015 23:58
314

Gəncə-Şəmkir avtomobil yolunun ikinci kilometrliyində 2 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 1971-ci il təvəllüdlü İlham Mamed oğlu Mürsəlovun idarə etdiyi “Howo” markalı sement daşıyan avtomobil, Göygöl rayon Quşqara kənd sakini, 1982- ci il təvəllüdlü Taryel Surxay oğlu Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü və sərnişini 1980-ci il təvəllüdlü Elmir Elman oğlu İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər sürücünün vəziyyətini qənaətbəxş, sərnişinin isə səhhətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: