12 Mart 2015 15:25
319

Martın 11-də, gecə saatlarında Gəncə şəhər sakini Namiq Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bu barədə Teleqraf.com-a Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, avtomobil həmin gün saat 04 radələrində Sevinc qəsəbəsinin ərazisində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəni törətmiş Gəncə şəhər sakinləri Taleh Kazımov və əvvəllər məhkum olunmuş Elcan Zülfüqarov tutulublar.

Hacı Zeynalov


Müəllif: