23 Mart 2015 13:09

Şəki şəhərində olan cəzaçəkmə müəssisəsində ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Teleqraf.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, dünyasını dəyişən Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılovdur. Onun meyiti müəssisənin ayaq yolunda aşkar olunub. İkinci qrup əlil olan məhkum uzun müddət xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, Fəqan İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hacı Zeynalov


Müəllif: