10 İyul 2015 17:12

Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Nərimanov Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini Murad Muradov velosiped sürərkən quldurluqla üzləşib.

Naməlum şəxs Murad Muradovu əvvəlcə döyüb və daha sonra bıçaqla hədələyərək velosipedini əlindən alıb. Hadisə ilə bağlı polisə məlumat verilib. 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Samir Şəmilov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...