13 İyul 2015 15:38
271

Qəbələ rayonunda qətl hadisəsi törədən həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qəmərvan kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Vasif Hüseynov münaqişə zəminində həmkəndlisi İlkin Hüseynzadəyə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. İlkin Hüseynzadə xəstəxanaya aparılarkən yolda ölüb.

Qəbələ rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Hüseynov tutulub.

Hacı Zeynalov


Müəllif: