31 İyul 2015 17:23
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda yerləşən çay evlərindən birində bıçaqlanma hadisəsi törədən 26 yaşlı Bahadur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bahadur Əliyev aralarında yaranan mübahisə zəminində tanışı Ruspeykor Orxan Rüfət oğluna bıçaq zərbəsi yetirərək hadisə yerindən qaçıb. Polisin araşdırmalarından sonra saxlanan Bahadur Əliyev törətdiyi cinayəti etiraf edib.

O ilkin ifadəsi zamanı hadisə baş verən gün çay evinə gedərək Orxanla söhbət etmək istədiyini, ancaq Orxanın yanında olan dostlarının söhbət etmələrinə mane olduğunu bildirib. Daha sonra çay evində Bahadurla Orxan arasında dava düşüb və Orxan onun ünvanına nalayiq ifadələr işlədib. Təhqirlərə dözə bilməyən Bahadur Orxana 3 bıçaq zərbəsi yetirib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Bahadur Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: