5 İyun 2014 09:16
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında Qax-Şəki yolunda Kürmük çayı üzərindəki körpüdə yük avtomobili yanıb.

Teleqraf.com Kanal S-ə istinadən məlumat verir ki, Zaqatala rayon sakini Mehdiyev Bəkir Cəmaləddin oğlunun idarə etdiyi "Kamaz"markalı avtomobil hərəkətdə olarkən, anidən alışıb. Alov bir anda Kamazın kabinə hissəsini bürüyüb.

Hadisə yerinə dərhal Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının böyüməsinin qarşısı alınıb, lakin avtomobilin kabinə hissəsi təmamilə yanaraq yararsız vəziyyətə düşüb.

Yanğının baş verdiyi Qax-Şəki yolunda qısa müddətli tıxac yaranıb.


Müəllif: