12 İyun 2014 17:10

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Xaçmaz rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Nabran ərazisindəki meşəlikdə qeydə alınıb.

1992-ci il təvəllüdlü Şəhriyar Fətəliyev meşədə özünü asıb. Onun asılmış meyitini ərazidə olanlar aşkar ediblər. Əsgərlikdə bir neçə ay əvvəl qayıdan Şəhriyar Fətullayevin nişanlı olub. Bu günlərdə qız tərəfindən nişan pozulub. İlkin ehtimala görə, gənc oğlan nişanın pozulduğu üçün özünə qəsd edib.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...