4 Aprel 2016 10:08
542

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü yaşadığı evdə özünü asaraq ölüb. 26 yaşlı oğlanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: