7 Aprel 2016 09:57
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Yanğın sexdə baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 600 kv.m olan rubiroid sexində elektrik sobasının kabeli 5 p.m sahədə yanıb. Sexin qalan hissəsi və sobanın üzərində həcmi 5 ton olan qır çəlləyi yanğından mühafizə olunub.

Yanğın 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: