17 İyun 2014 11:13

Mingəçevir şəhərində qaz balonunun partlaması nəticəsində ev yanıb.

Teleqraf.com Milli.az-a istinadən bildirir ki, hadisə Mingəçevir küçəsi Energetik 5, ev 16 ünvanında baş verib. Evin xanımı, 1973-cü il təvəllüdlü Şəmsiyyə Nəsibova hadisəni həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mirzə Nəsibovun törətdiyini bildirib. Onun sözlərinə görə, ailə daxilində münaqişə olub. Bu barədə qonşular polisə məlumat veriblər. Polis Mirzə Nəsibovu saxlayıb. Bundan daha da qəzəblənən ər polisə xəbəri həyat yoldaşının verdiyini düşünüb. O, gecə saatlarında evə gələrək həyat yoldaşı ilə mübahisə edib və qaz balonunu açaraq evə atıb, sonra kibriti alışdırıb. Güclü yanğın nəticəsində ev və yaxınlıqdakı tövlə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Mİngəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif:
Загрузка...