17 İyun 2014 15:33
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda Türkiyə vətəndaşı qarət olunub.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 18-də Fəttah Zərgərlinin avtomobilindən 500 avro, 80 türk lirəsi və 270 manat oğurlamış Bakı şəhər sakinləri Dağlar Mirzəyev və Natiq Əliyev saxlanıılıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: