2 May 2016 14:59
225

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1968-ci il təvəllüdlü Rauf İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayonunda naməlum şəxs Pavlovna Piskunun mənzilinin taxta qapısını sındırıb içəri daxil olaraq onu bıçaqla hədələyib və 21 manatını alıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Rauf İsmayılov tutulub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rauf İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: