21 İyun 2014 10:19

Ötən gün axşam saatlarında Gəncədə alim, ictimai elm xadimi faciəvi şəkildə ölüb.

Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

Hadisə elm xadiminin evinin qarşısında, İsmət Qaibov küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./anspress/


Müəllif: