21 İyun 2014 12:24
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda təqaüdçü qadının hesabından pul oğurlamış şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 18-də Buzovna qəsəbə sakini Mürsəl Kazımova məxsus Beynalxalq banka aid təqaüd kartı oğurlanıb və Səbail rayonu ərazisində hesabından 194 manat çıxarılıb.

Xəzər Rayon Polis İdarəsu 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Samir Paşayev tutulub.


Müəllif: