16 İyun 2016 13:33
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev sosial şəbəkədə maraqlı bir foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, aktyor həyat yoldaşı aktrisa Leyli Vəliyeva, rejissor Cənnət Səlimova ilə birgə Londonda çəkdirdiyi şəkli paylaşaraq bunları yazıb:

“Bakı Kamera Teatrında çox sevdiyim bir tamaşa vardı - Şolom Aleyxem və Mark Şaqalin əsərləri əsasında rəhmətlik müəllimimiz, xalq artisti İrina Perlovanın hazırladığı “Mavi yuxular”. Əgər məndən soruşsalar ki, aktyor olaraq ən çox sevdiyin rolun hansıdır, bir an belə düşünmədən deyərdim: “Mavi yuxular”da Elya rolum.

Londonda bu afişanın qarşısında çəkdirdiyimiz bu şəklin mənim üçün çox böyük mənəvi dəyəri var. Özümə söz vermişəm, Allah ömür versə, mütləq həmin tamaşanı bərpa edəcəm”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər