22 İyun 2016 16:47
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tariyel Qasımov Özbəkistanda filmə çəkiləcək.

Bunu Teleqraf.com-a açıqlamasında aktyor özü deyib:

“Bu il Özbəkistanda iki filmə çəkiləcəm. Biri rejissor Səməd Dilqaşovun filmidir. Rejissor məni filmdə baş rola təsdiq edib. Bu barədə mənə o, filmdə operator olan həmyerlimiz İlqar Məmmədov Bakıya gələndə xəbər göndərmişdi. Bu yaxınlarda filmin çəkilişləri üçün Özbəkistana gedəcəm. Avqust ayında isə başqa özbək filminə çəkiləcəm”.

Aktyor həmçinin qeyd edib ki, hazırda “Azərbaycanfilm” kinostudiyasında “Köşk” filmində Əli roluna çəkilir: “Əli də daxil olmaqda özbək filmlərində yaradacağım rollar da müsbət obrazlardır”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər