Dünyaca məşhur müğənnilər Enrike İqlesias və Madonna Fransanın Nitsa şəhərində baş verən terrora münasibət bildiriblər.
Teleqraf.com xəbər verir ki, Enrike İqlesias sosial şəbəkədə yazıb: “Fransada baş verən dəhşətli və ağılasığmaz terrora görə çox pis oldum. Onu da unutmayaq ki, İraq, Türkiyə, Banqladeş və Orlandoda saysız-hesabsız faciələr baş verir. Avropada və yaxın şərqdə baş verənlər hər birimizin problemidir. Buna görə birləşmək lazımdır”.
Hazırda Afrikada olan məşhur müğənni Madonna isə “Biz Afrikada Fransa və bütün dünyada sülh üçün dua edirik!” deyib.
Rəqsanə