20 İyul 2016 13:56
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün ölkədə yaşanan son olaylarla bağlı səssizliyini pozub.

Teleqraf.com xəbər verir ki, aktrisanın “İnstaqram” izləyiciləri günlərdir onu Türkiyədə baş verən son hadisələrə səssiz qalmaqda ittiham edirlər.

Aktrisa nəhayət bununla bağlı açıqlamasını “İnstaqram”da paylaşıb: “Kaş insan üçün sevmək nifrət etməkdən, tərifləmək həqarət etməkdən daha asan olsaydı. Kaş bir-birimizə əl uzatmağı arxa çevirməkdən, başqalarını günahlandırmadan öncə özümüzə dönüb baxa bilməyi daha çox bacarsaydıq. Hamımız hansı dil, hansı irq, hansı ölkədə yaşayacağımızı bilmədən bu dünyaya gəldik. Kaş varlığımızla bu dünyanın havasını, suyunu, günəşini, ağaclarını haqq edə biləydik... Kaş fərqli olmağımızı ən normal bir şey hesab edib, bir-birimizin əlindən tutub, anlamağa çalışsaydıq... Kaş bir-birimizi öldürmək yerinə yaşatmağı seçə bilsəydik.

Niyə bu barədə heç yazmadım, fikrimi bildirmədim? İçim o qədər acıyır ki, baş verənləri o qədər anlamıram ki... Nə yazsam, əksik qalacaq. Bu gün hamımız üçün dua etdim. Böyük Allah insanı əfv etsin”.

Pərvin


Müəllif: