Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.
Dəvətə əsasən rejissor teatrda görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq.
Bunun üçün Kazımov iyul ayının 28-dən sentyabr ayının 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərək vətənə dönəcək.
Nərmin