8 Avqust 2016 15:25
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Qarabağın həsrət salnaməsi” internet-layihəsinin çəkilişləri davam edir.

Teleqraf.com xəbər verir ki, bunu layihənin rəhbəri kinorejissor Ayaz Salayev deyib. Onun sözlərinə görə, layihə çərçivəsində iki mindən çox insanla söhbət aparılıb, 40-a yaxın rolik isə artıq hazırdır: “Layihənin məqsədi internet vasitəsilə hər bir azərbaycanlının Qarabağa, bu problemə münasibətini dünyaya təqdim etməkdir. Hər bir Azərbaycan vətəndaşı kameraya Qarabağla bağlı ürəyindən keçən bir-iki cümlə deyir, sonra biz həmin videonu montaj edib iki dəqiqəlik süjet kimi internetə yerləşdiririk.

Təəssüflər olsun ki, biz internetin imkanlarından səmərəli istifadə edə bilmirik. Hələ 80-ci illərin axırlarından düşmənlərimiz dünyaya belə fikir yayırdılar ki, Qarabağ Azərbaycan xalqına lazım deyil. Amma bu layihə dünyaya başqa azərbaycanlı sərgiləyəcək. Burada Dünya Qarabağa həsrət olan azərbaycanlını görəcək. Bu layihə Qarabağ azad olunanadək davam edəcək.

Layihəmizdə uşaqların olması çox mühümdir. Onlar Qarabağı görməyiblər, amma bununla belə Qarabağın həsrəti ilə yaşayırlar. Bu layihə göstərdi ki, Qarabağ uşaqlı-böyüklü hər bir azərbaycanlı üçün əzizdir”.
Layihə çərçivəsində istehsal olunan süjetlərin sosial şəbəkələrlə yanaşı kinoteatrlar, televiziya kanallarında nümayişi nəzərdə tutulur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər